14 fevral dedikdə ağıla ilk Sevgililər Günü gəlsə də, əslində təkcə bu tarix həm də Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd olunur.

Postxronika.az xəbər verir ki, bu günün məqsədi insanları bir-birinə kitab hədiyyə etməyə, oxuma mədəniyyətini yaymağa və xüsusilə uşaqları kitablarla sevindirməyə təşviq etməkdir.

Bəs necə yaranıb?

Beynəlxalq Kitab Bağışlama Günü 2012-ci ildə təşəbbüs kimi başlayıb və qısa zamanda dünyanın bir çox ölkəsində yayılıb. ABŞ-də məşhur "Delightful Children’s Books" uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoor tərəfindən yaradılıb.
İdeyalar isə "oxuduğun kitabı başqasına bağışla", "uşaqlara kitab hədiyyə et",  "kitabxanalara və ya ehtiyacı olanlara kitab ver" fikirləridir.

2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “Uşaqlara Kitab Vermə Günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral Dövlətlərarası Kitab Bağışlama Günü olaraq qeyd olunmağa başlayıb.