İranın dövlət televiziyasına tabe olan “Üfüq” kanalı İsrailin yüksək vəzifəli rəsmilərinin yer aldığı "sui-qəsd siyahısı"nı efirə verib. "The Times of Israel" nəşrinin məlumatına görə, bu addım hədəf alınan şəxslərə qarşı birbaşa təhdid kimi dəyərləndirilir.

Postxronika.az xəbər verir ki, siyahıda Baş nazir Benyamin Netanyahu, "Mossad" rəhbəri David Barnea, müdafiə naziri İsrael Katz və digər ali hərbi rütbəlilər yer alıb. Canlı yayım zamanı həmin şəxslərin görüntüləri hədəf nişanları ilə birlikdə nümayiş etdirilib. Aparıcı isə ivrit dilində pilotsuz uçuş aparatlarına işarə edərək "Ölüm vaxtınızı təyin edəcəyik, Əbabili gözləyin" ifadəsini səsləndirib.