BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato İslam Respublikasında edamların geniş vüsət alması və ədalətli məhkəmə prinsiplərinin sistemli şəkildə pozulmasından ciddi narahatlığını ifadə edib. O bildirib ki, hazırda həbs edilənlərin sayı, saxlanılma yerləri və ölüm hökmü çıxarılanlarla bağlı dəqiq məlumat yoxdur.
Postxronika.az xəbər verir ki, rəsmi rəqəmlər 3000-dən çox insanın edamını təsdiqləsə də, vətəndaş cəmiyyəti təşkilatları bu göstəricinin xeyli yüksək olduğunu iddia edir. Xüsusi məruzəçi ötən ilin dekabrında iki məhbusun taleyi ilə bağlı rəsmi Tehranla yazışmalar apardığını qeyd edib. Satonun sözlərinə görə, etirazlardan sonra başlayan bu repressiyalar yeni deyil, əksinə əvvəlki hüquq pozuntularının daha geniş miqyasda təkrarıdır.