Mərdəkan şosesinin Hava limanı körpüsünə çatmamış olan hissəsində sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi rejim tətbiq olunub.

Postxronika.az Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, sözügedən ərazidə sürət həddi 20 km/saat endirilib. Artıq ərazidəki elektron məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib.

Sürücülərdən qeyd olunan sürət həddinə ciddi şəkildə əməl etmələri xahiş olunur.