Ötən ilin sonunda Prezident Makron ilə görüşüm oldu. Görüş çox müsbət keçdi və biz hər şeyi yenidən başlamaq razılığına gəldik. Biz buna hazırıq.

Postxronika.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinə müsahibəsində deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil.