Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təsis edilməsinin 107-ci ildönümü qeyd olunur.

Postxronika.az xəbər verir ki, aviasiya dəstələri, hava hücumundan müdafiə qurğuları və radar komplekslərini birləşdirən bu struktur regionun ən güclü hərbi birləşmələrindən biri hesab olunur.
MDB məkanında uçuş saatına görə liderlik edən yerli pilotlar Vətən müharibəsində və antiterror tədbirlərində öz peşəkarlıqlarını əyani şəkildə sübut ediblər. Son illərdə həyata keçirilən islahatlar və beynəlxalq tərəfdaşlıq sayəsində səmamızın keşikçiləri modernləşərək yüksək döyüş hazırlığına nail olublar.

Azərbaycan Hərbi Hava Qüvvələrinin şəxsi heyəti 44 günlük Vətən müharibəsində və digər əməliyyatlarda göstərdiyi yüksək peşəkarlığı bundan sonra da davam etdirməyə,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin istənilən döyüş tapşırığını dərhal yerinə yetirmək əzmindədir.

AZƏRTAC-ın 107 illiklə bağlı lentə aldığı fotoları təqdim edirik: