İngiltərənin nəhəng klubları "Liverpul", "Arsenal" və "Mançester Siti" "Nyukasl"ın vingeri Entoni Qordonu transfer etmək niyyətindədir.
Postxronika.az xəbər verir ki, mersisaydlılar hazırda 24 yaşlı hücumçu uğrunda aparılan mübarizədə əsas favorit hesab olunur. "Sağsağanlar" aparıcı futbolçusunu asanlıqla buraxmaq istəmir və onun üçün təxminən 97-109 milyon avro təzminat tələb edir. 2023-cü ildən bəri komandada çıxış edən ulduz oyunçu cari mövsümdə keçirdiyi 34 matçda 15 məhsuldar fəaliyyətlə yadda qalıb. Qiyməti 60 milyon avro olan Qordonun gələcəyi yalnız yüksək məbləğli rəsmi təkliflərdən asılı olacaq. Hazırda transfer bazarı bu gənc istedadın "Enfild"ə mümkün keçidini yaxından izləyir.