Məşhur insayder Fabrisio Romano "Çelsi"nin sabiq baş məşqçisi Entso Mareskanın gələcək karyerası ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

Postxronika.az xəbər verir ki, mütəxəssis italyan çalışdırıcının "Tottenhem"lə danışıqlar apardığı barədə xəbərləri təkzib edərək onun hədəfinin fərqli olduğunu bildirib. Romanonun qənaətinə görə, Mareska hazırda "Mançester Siti"də Pep Qvardiolanın əsas xələfi kimi nəzərdən keçirilir. İspaniyalı mütəxəssisin müqaviləsi 2027-ci ilə qədər davam etsə də, o, klubdan ayrılacağı təqdirdə Mareska "şəhərlilər"in siyahısında ilk sıradadır. London klubunun mövsüm sonunadək İqor Tudora həvalə ediləcəyi gözlənilsə də, Entsonun "Spurs"la hər hansı ciddi təması qeydə alınmayıb. Beləliklə, perspektivli məşqçinin gələcəyi hazırda daha çox Mançester təmsilçisi ilə əlaqələndirilir.