Şərqi Avropadakı qanlı münaqişənin dayandırılması istiqamətində mühüm diplomatik addımlar atılmaqdadır. Rusiya və Ukrayna təmsilçiləri Birləşmiş Ərəb Əmirliklərində bir araya gələrək hərbi əməliyyatların dayandırılması barədə ilkin razılığa gələ biliblər.
Postxronika.az xəbər verir ki, tərəflər aktiv döyüşlərin bitməsindən dərhal sonra xüsusi silahsızlaşdırılmış bufer zonasının yaradılmasını məqbul hesab edirlər. Lakin rəsmi Kiyevin ərazi bütövlüyü və Qərb müttəfiqlərinin bölgədəki hərbi mövcudluğu kimi ən həssas məsələlər hələ də açıq qalır. Yekun sülh sənədinin rəsmiləşməsi üçün bu ziddiyyətlərin mütləq şəkildə aradan qaldırılması tələb olunur.