Britaniya Xarici İşlər Nazirliyinin keçmiş “baş siçovul ovçusu” Palmerston Bermud adalarındakı evində vəfat edib. Onun 12 yaşı var idi.

Postxronika.az xəbər verir ki, onun ölüm xəbəri pişiyin rəsmi “X” hesabında verilib.
Pişiyin hesabında “Görkəmli diplomat Palmerston fevralın 12-də sakit şəkildə dünyasını dəyişdi”, - deyə qeyd olunub.

Qeyd edək ki, Palmerston Britaniyada ən məşhur “diplomat pişik”lərdən biri olub. O, 2016-cı ildə Londonda yerləşən "Foreign and Commonwealth Office" binasına gətirilib və rəsmi şəkildə “Chief Mouser”, yəni siçan ovlayan baş pişik vəzifəsini daşıyıb.
Əslində o, küçədən tapılıb sığınacaqdan götürülsə də,  qısa müddətdə hökumət dairələrinin sevimlisinə çevrilib.
Palmerston adını 19-cu əsrin məşhur britaniyalı siyasətçisi və keçmiş baş naziri Lord Palmerstondan alıb. Bu ad ona həm diplomatik mühitə uyğunluq, həm də bir az zarafatcıl rəsmi aura qatırdı.

Palmerston 2020-ci ilin avqustunda dörd illik diplomatik xidmətindən sonra təqaüdə çıxdı. Fevralın əvvəlində isə o, “təqaüddən geri dönərək” Böyük Britaniyanın Bermud adalarındakı dördayaqlı nümayəndəsi təyin olundu.