Gündəlik həyatımızda daim bir tələskənlik içindəyik və hər zaman harasa çatmağa çalışırıq. Çatmaq üçün “sürətli” olmağa məcbur kimi hiss edirik. Ancaq müasir həyatın gətirdiyi davamlı qaçaqaç insanın həm fiziki, həm də zehni sağlamlığına müxtəlif təsirlər göstərə bilir.

Postxronika.az xəbər verir ki, son dövrlərdə aparılan araşdırmalar və mütəxəssis rəyləri göstərir ki, şüurlu şəkildə yavaş hərəkət etmək həyat keyfiyyətinə, diqqət səviyyəsinə və ümumi sağlamlığa müsbət təsir edə bilər.

Yavaş hərəkətin 7 faydası:

1. Stresi azaldır- Tələsmədən edilən hərəkətlər bədənin stress reaksiyasını azaldır, ürək ritmini daha balanslı saxlayır.

2. Daha yaxşı fokuslanma yaradır-Yavaş hərəkət edən insan gördüyü işə daha çox diqqət yetirir, səhv etmə ehtimalı azalır.

3. Bədən fərqindəliyini artırır- Əzələlər, oynaqlar və nəfəs daha şüurlu istifadə olunur, zədələnmə riski azalır.

4. Zehni sakitləşdirir- Temp azaldıqca düşüncələr də sakitləşir, zehni yorğunluq azalır.

5. Həzm və nəfəsə müsbət təsir edir-Xüsusilə yeməyi yavaş yemək və asta yerimək həzm sistemini və nəfəsi rahatladır.

6. Anı yaşamağı asanlaşdırır-Yavaş hərəkət etmək ətrafı, insanları və yaşanan anı daha dərindən hiss etməyə imkan verir.

7. Tükənmişliyin qarşısını alır- Davamlı sürət təzyiqi azalır, uzunmüddətli dövrdə həm fiziki, həm də psixoloji enerji qorunur.