Soyuq hava, ani temperatur dəyişiklikləri və yuxarı tənəffüs yolu narahatlıqları bir çox insanda uzun müddət keçməyən öskürəyə səbəb olur.
Bu vəziyyət xüsusilə gecələr artan öskürək və bəlğəm şikayəti ilə daha da yorucu hala gələ bilir.
Postxronika.az "EnSonHaber"ə istinadən xəbər verir ki, evdə asanlıqla hazırlana bilən bəzi qarışımlar öskürəyin yüngülləşməsinə kömək edə bilər.
Budur, qış aylarında tez-tez rast gəlinən bu problemə qarşı dəstəkləyici olaraq seçilən təbii qarışım resepti:
TƏBİİ ÖSKÜRƏK ŞƏRBƏTİ
1 çay qaşığı zəncəfil
1 çay qaşığı qara istiot
1 çay qaşığı darçın
1 çay qaşığı sarımsaq
1 çay qaşığı zərdəçal
Bu 5 ədviyyəni 1 stəkan balın içinə əlavə edib qarışdırın. Təxminən 1 saat gözlətdikdən sonra səhər və axşam bir qaşıq qəbul edin.
Müntəzəm istifadə zamanı öskürək azalacaq və bəlğəm şikayəti yüngülləşəcək.