Astrologiyaya görə bəzi bürclər emosiyaları daha dərin yaşayır və bu da onları daha tez ruh düşkünlüyünə meylli edə bilər.

Postxronika.az xəbər verir ki, ən “depressiv” sayılan 5 bürc budur:

1. Balıqlar- Balıqlar çox həssas və empatikdir. Başqalarının dərdini öz dərdi kimi yaşayır, xəyallarla reallıq arasında qalanda isə tez məyus olur. Duyğusal yüklənmə onları tez yorur.

2. Xərçəng- Ailəcanlı və kövrək Xərçəng keçmişi unutmur. Keçmiş xatirələrə qapılıb qalmaq və inciklikləri içində saxlamaq onu tez-tez melanxolik edir.

3. Əqrəb- Duyğuları çox dərin yaşayır, amma hər şeyi içində saxlayır. Qırıldıqda bunu göstərməsə də, daxilində uzun müddət ağır hisslər daşıya bilir.

4. Qız- Həddindən artıq analiz edir və özünə qarşı tələbkardır. Hər şeyi mükəmməl etmək istəyi uğursuzluq qorxusu ilə birləşəndə ruh düşkünlüyü yarana bilər.

5. Oğlaq- Həyata ciddi yanaşır, məsuliyyət hissi güclüdür. Duyğularını çox göstərmədiyi üçün stress və yorğunluğu daxilində yaşaya bilər.