Əzələ gücünü artırmaq və enerji səviyyəsini yüksəltmək istəyənlər üçün təbii kreatin mənbələri önəmlidir. Kreatin qida əlavələrində olduğu kimi bəzi qidalarda da təbii şəkildə mövcuddur və aktiv həyat üçün enerji təmin edir.
Postxronika.az kreatin üçün faydalı qidaları təqdim edir:
•Mal əti kreatin baxımından ən zəngin qidaların başında gəlir. Orta hesabla 1 kiloqram qırmızı ətdə 4–5 qram kreatin olur və əzələ kütləsinin qorunmasına, güc artımına töhfə verir.
•Siyənək balığı, qızılbalıq, ton balığı və sardina yaxşı kreatin mənbəyidir və omeqa-3 ilə zəngindir.
•Quzu və donuz əti (istehlak edilən ölkələrdə) qırmızı ət qrupunda kreatin baxımından zəngindir.
•Toyuq və hinduşka ağ ətlərdir, bir qədər az kreatin ehtiva edir. Döş əti xüsusilə protein və kreatin mənbəyidir.
•Yağlı balıqlar həm kreatin, həm də yüksək keyfiyyətli protein təmin edir, əzələlərin bərpasına dəstək olur.
•Süd, qatıq və pendir az miqdarda kreatin ehtiva edir, gündəlik qəbula töhfə verir.
•Yumurta birbaşa yüksək kreatin tərkibli deyil, lakin keyfiyyətli protein mənbəyidir və kreatinlə zəngin qidalarla birlikdə faydalıdır.
•Treska kimi digər balıq növləri də orta səviyyədə kreatin ehtiva edir və balanslı qidalanma planına əlavə oluna bilər.