Böyük Britaniya naziri İvet Kuper İslahat və Yaşıllar partiyalarını ölkənin NATO qarşısındakı öhdəliklərini zəiflətməkdə ittiham edib. Münxen Təhlükəsizlik Konfransında çıxış edən hökumət rəsmisi adları çəkilən siyasi qüvvələrin hərbi alyansa qarşı etibarsız, Moskvaya münasibətdə isə həddindən artıq yumşaq mövqe sərgilədiyini vurğulayıb.
Postxronika.az xəbər verir ki, Kuper xüsusilə Naycel Faracın rəhbərlik etdiyi İslahat partiyasının Kremlin təcavüzkar siyasətini və zəhərlənmə insidentləri kimi faktları ciddiyə almadığını bildirib. İttihamlara cavab verən Farac, Qərbin münaqişəni təhrik etdiyinə dair əvvəlki fikirlərinin arxasında durduğunu və həqiqəti dediyi üçün hədəf seçildiyini söyləyib. Öz növbəsində, Yaşıllar Partiyasının nümayəndəsi Zak Polanski təşkilatın ortaq müdafiə prinsiplərinə sadiq qalacaqlarını vurğulasa da, gələcəkdə NATO-dan ayrılma ehtimalını istisna etməyib.