Bakıda həbsdə olan qondarma rejimin keçmiş "dövlət naziri" Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Postxronika.az APA-ya istinadən xəbər verir ki, sabah keçiriləcək prosesdə təqsirləndirilən şəxsə hökm oxunması gözlənilir.
Məlumata görə, hakim heyəti müşavirə otağından qayıtdıqdan sonra yekun qərarı elan edəcək.
İttihamlar
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Vardanyanın terrorçuluğu maliyyələşdirmə, qanunsuz silahlı birləşmələrin yaradılması və dövlət sərhədini qanunsuz keçmə kimi ağır maddələrlə təqsirli bilinərək cəzalandırılmasını tələb edib.