2025-ci ildə Rusiyanın intensiv bombardmanları nəticəsində Ukraynada dinc əhali arasında ölüm halları 26 faiz çoxalıb. Bu göstərici işğalçı ordunun bilərəkdən günahsız sakinləri və mühüm infrastrukturu hədəfə almasını açıq şəkildə nümayiş etdirir.
Postxronika.az xəbər verir ki, Silahlı Zorakılıqla Mübarizə Təşkilatının (AOAV) hesabatına əsasən, qonşu ölkədə kütləvi partlayışlar səbəbindən 2248 sivil vətəndaş həlak olub, 12 min 493 nəfər isə yaralanıb. Qurum rəhbərliyi hesab edir ki, artıq dünyada məsul şəxsləri cəzalandıracaq beynəlxalq hüquqa əsaslanan nizam mövcud deyil. Ukrayna ilə yanaşı Qəzza, Sudan və Myanma kimi münaqişə ocaqlarında da insan haqları kobud şəkildə pozulmaqdadır. Qlobal miqyasda cəzasızlıq mühitinin normallaşması müharibə cinayətlərini dəhşətli istisnadan çıxararaq adi döyüş metoduna çevirir.