"Real"ın ulduz futbolçusu Vinisius Junior "Liverpul"un və Macarıstan millisinin yarımmüdafiəçisi Dominik Şoboslai ilə sıx münasibətlərə malik olduğunu açıqlayıb. 2018-ci ildən "Kral Klubu"nun şərəfini qoruyan braziliyalı vinger cari mövsümdə komandasının heyətində 34 matça çıxaraq 10 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Postxronika.az xəbər verir ki, "Madrid Zone" nəşrinin "X" sosial şəbəkəsindəki paylaşımına görə, hücumçu macarıstanlı həmkarı ilə tez-tez ünsiyyətdə olduğunu və onu gənclik illərindən tanıdığını vurğulayıb. Qeyd edək ki, 2023-cü ildən bəri İngiltərə təmsilçisində çıxış edən Şoboslai daha əvvəl "RB Leypsiq", "Zaltsburq" və "Liferinq" kimi komandaların da formasını geyinib.