75 insan hüquqları təşkilatı Avropa İttifaqını (Aİ) sənədsiz miqrantların deportasiyasını kütləvi şəkildə artırmağı hədəfləyən yeni qanun layihəsini ləğv etməyə çağırıb. Hüquq müdafiəçilərinin fikrincə, ifrat sağçıların təsiri ilə irəli sürülən bu sənəd qitədə irqi ayrı-seçkiliyi gücləndirəcək və ictimai məkanları ciddi nəzarət alətinə çevirəcək.
Postxronika.az xəbər verir ki, plan təsdiqlənəcəyi təqdirdə, hüquq-mühafizə orqanları məhkəmə qərarı olmadan fərdi evlərdə axtarış apara, dövlət qurumları isə qanunsuz yaşayan şəxslər barədə məlumat verməyə məcbur edilə bilər. Bu cür repressiv tədbirlər xüsusilə həssas qrupların səhiyyə kimi həyati xidmətlərdən kənarda qalmasına yol açaraq qlobal ictimai böhran yaradacaq. BMT ekspertləri də məsələyə müdaxilə edərək, sözügedən təşəbbüsün beynəlxalq öhdəlikləri pozduğunu və əcnəbilərin yerli sosial problemlərdə haqsız yerə günahlandırıldığını bəyan ediblər.