Macarıstanda aprelin 12-də keçiriləcək parlament seçkiləri Avropa İttifaqı miqyasında ilin ən mühüm siyasi hadisələrindən biri hesab olunur. On altı illik fasiləsiz idarəçilikdən sonra baş nazir Viktor Orban hazırda özünün ən böyük sınağı ilə üz-üzə qalıb. Hakimiyyətin qitə təşkilatı ilə davamlı ziddiyyətləri, o cümlədən Ukraynaya yardımlara veto qoyması rəsmi Budapeştin milyardlarla avroluq maliyyədən məhrum edilməsi ilə nəticələnib.
Postxronika.az xəbər verir ki, son rəy sorğularına əsasən, iqtidardakı "Fides" partiyası Peter Madyarın rəhbərlik etdiyi müxalif "Tisa" hərəkatından artıq geri qalır. Keçmiş hökumət nümayəndəsi olan yeni lider korrupsiyaya son qoyacağına, gələcək rəhbərlər üçün fəaliyyət müddəti məhdudiyyəti tətbiq edəcəyinə və əhalinin yaşayış səviyyəsini kəskin qaldıracağına söz verib. O, həmçinin ölkənin Avropadan təcrid olunmaq xəttini dərhal dayandıracağını bəyan edərək kütlənin rəğbətini qazanmağı bacarıb.