İnsayder Nikolo Şira "Liverpul" klubunda gözlənilən kadr dəyişiklikləri barədə məlumat yayıb. Əgər Mersisayd təmsilçisi cari mövsümü titulsüz başa vurarsa və ya 2026/2027-ci illər mövsümü üçün Çempionlar Liqasına vəsiqə qazana bilməzsə, baş məşqçi Arne Slot tutduğu vəzifədən uzaqlaşdırılacaq.
Postxronika.az xəbər verir ki, jurnalistin məlumatına əsasən, rəhbərliyin hollandiyalı mütəxəssisin əvəzinə gətirmək istədiyi əsas namizəd Xabi Alonsodur. Xatırladaq ki, qeyri-sabit çıxışı ilə diqqət çəkən komanda hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 42 xalla altıncı pillədə qərarlaşıb.