"Google" şirkəti süni intellekt tərəfindən yaradılan tibbi məsləhətlərdə təhlükəsizlik xəbərdarlıqlarını arxa plana keçirərək istifadəçilərin həyatını ciddi risk altında qoyur. Sağlamlıqla bağlı axtarışlar zamanı ekrana çıxan avtomatik cavablar xəstələrə yanlış istiqamət verə bilər.

Postxronika.az xəbər verir ki, "The Guardian" nəşrinin araşdırmasına əsasən, texnologiya nəhəngi mümkün risklər barədə xəbərdarlıqları ancaq "Daha çox göstər" düyməsi sıxıldıqda və çox kiçik şriftlərlə təqdim edir. Mütəxəssislər hesab edirlər ki, rəqəmsal alətin mövcud dizaynı dəqiqliyə deyil, yalnız məlumatın sürətli çatdırılmasına hesablanıb. Təhlükəsizlik etiketlərinin bu cür gizlədilməsi istifadəçilərin dezinformasiyaya dərhal inanmasına və peşəkar həkimə müraciət etməkdən yayınmasına səbəb olaraq ağır fəsadlara yol açır.