İtaliya millisinin və paytaxt təmsilçisinin sabiq hücumçusu Françesko Totti doğma komandasına mümkün qayıdışı barədə fikirlərini bölüşüb. Əfsanəvi futbolçu hazırda rəhbərliklə danışıqların getdiyini və dəqiqləşdirilməli bəzi detalların qaldığını bildirib.

Postxronika.az xəbər verir ki, "Sky Sport Italia" nəşrinə danışan veteran oyunçu prosesin davam etdiyini vurğulayaraq məsələ ilə bağlı əlavə şərh vermək istəmədiyini qeyd edib. Mətbuatda yayılan məlumatlara görə, onun kluba texniki direktor kimi təyin olunması ehtimal edilir. Xatırladaq ki, 2017-ci ildə karyerasını başa vuran italyan ulduz 785 matçda vurduğu 307 qolla paytaxt klubunun tarixinin ən sərrast oyunçusudur. Onun keçmiş kollektivi isə hazırda İtaliya A Seriyasında dördüncü pillədə qərarlaşıb.