Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru və baş dirijoru vəzifəsinə yeni şəxs gətirilib.
Postxronika.az APA-ya istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin imzaladığı müvafiq əmrə əsasən, sözügedən məsuliyyətli posta Mustafa Aşurov təsdiqlənib. O, M.Maqomayev adına Dövlət Akademik Filarmoniyasının tabeliyindəki bu məşhur kollektivə rəhbərlik edəcək. Qeyd edək ki, incəsənət xadimi son vəzifəsinə qədər Beynəlxalq Muğam Mərkəzində fəaliyyət göstərib. Belə ki, M.Aşurov həmin müəssisənin nəzdindəki S.Rüstəmov adına Xalq çalğı alətləri orkestrində bədii rəhbər və baş dirijor kimi çalışıb.