Naxçıvanda vətəndaşları işlə təmin etmək adı ilə aldadaraq pullarını mənimsəməkdə şübhəli bilinən 34 yaşlı Əsgər Quliyev polis tərəfindən tutulub.
Postxronika.az DİN-in məlumatına əsasən xəbər verir ki, araşdırmalar zamanı Ə.Quliyevin özünü “Tural” adı ilə müxtəlif qurumlarla əlaqəli şəxs kimi təqdim edərək işlə təmin olunma vədi verməsi müəyyən edilib. Bu yolla o, vətəndaşlardan ümumilikdə 12000 manata yaxın pul vəsaitini ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb və hazırda istintaq tədbirləri davam etdirilir.
Hüquq-mühafizə orqanları qeyd olunan əməllərdən zərər çəkmiş digər şəxsləri polis orqanlarına və ya "102" Xidməti-Zəng mərkəzinə müraciət etməyə çağırır.