Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına səfəri çərçivəsində bu ölkənin milli təhsil, məktəbəqədər və idman naziri Mohamed Saad Berrada ilə görüş keçirilib.

Postxronika.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib.

Görüş çərçivəsində iki ölkə arasında məktəbəqədər və ümumi təhsil, eləcə də STEAM təhsili sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirə aparılıb.