Avropa İttifaqının iqlim məsləhət şurası qitə ölkələrini qlobal istiləşmənin fəlakətli nəticələrinə, xüsusən də temperaturun 3 dərəcə artmasına hazırlaşmağa çağırıb. Tədqiqatçılar hesab edirlər ki, regionu ekstremal hava şəraitindən qorumaq çətin görünsə də, olduqca real və icra edilə bilən bir vəzifədir.
Postxronika.az xəbər verir ki, mütəxəssislər artan temperaturlara uyğunlaşmaq üçün hökumətlərin mövcud səylərinin qeyri-kafi olduğunu və xeyli gecikdiyini bildirirlər. Proqnozlara əsasən, 2100-cü ilə qədər dünyada istilik sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 3 dərəcəyə qədər yüksələcək ki, bu da Paris sazişindəki hədəflərdən iki dəfə çoxdur. Son illərdə qitədə baş verən dağıdıcı daşqınlar, ölümcül isti dalğaları və genişmiqyaslı meşə yanğınları iqlim dəyişikliyinin acı fəsadlarını bariz şəkildə göz önünə sərir. Buna görə də, rəsmilərə gələcək daha təhlükəli ssenarilərə qarşı təcili adaptasiya planları hazırlamaq tövsiyə olunur.