Londonun "Arsenal" klubu İspaniyanın "Atletik Bilbao" komandasının hücumçusu Niko Uilyamsın xidmətində maraqlıdır. Hazırkı durumundan narazı olan 23 yaşlı futbolçunun karyerasını inkişaf etdirmək məqsədilə klubu tərk etməyi düşündüyü bildirilir.

Postxronika.az xəbər verir ki, "topçular" artıq vingerin nümayəndələri ilə əlaqə yaradaraq yay transfer pəncərəsindən öncə rəsmi təklif göndərməyi planlaşdırırlar. Bask təmsilçisi gənc istedadın gedişinin qaçılmaz olduğunu anlasa da, onu ən azı 100 milyon avro müqabilində sərbəst buraxmağa razıdır. İngiltərə nəhəngini isə bu yüksək qiymətin qorxutmadığı vurğulanır. Qeyd edək ki, Uilyams cari mövsümdə meydana çıxdığı 26 matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.