ABŞ Prezidenti Donald Tramp Ukraynanı Rusiya ilə sülh müzakirələrinə tez bir zamanda başlamağa səsləyib. Ağ Ev rəhbəri Cenevrədə keçirilən görüşlərlə bağlı sualı cavablandırarkən Kiyevin dərhal prosesə qoşulmasının vacibliyini xüsusi vurğulayıb.

Postxronika.az xəbər verir ki, Birləşmiş Ştatların lideri münaqişə tərəflərini tezliklə dialoq masası arxasında görmək istədiyini bəyan edib. Eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftəsonu rəsmi Vaşinqtonla bütün mümkün əlaqə kanallarını nəzərdən keçirdiklərini açıqlamışdı. Dövlət başçısı bu addımı heç kimə, xüsusən də Trampa Kiyevin sülh prosesində maraqlı olmaması barədə iddialar səsləndirmək üçün bəhanə verməmək məqsədilə atdığını diqqətə çatdırıb.