Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş üç nəfər — Hünər Quliyev, Sönməz Süleymanov və Fərid Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 4 kiloqram narkotik vasitə olan marixuana və tiryək aşkar edilərək götürülüb.

Postxronika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. 

Belə ki, araşdırmalar zamanı saxlanılan şəxslərin narkotik vasitələri satış məqsədilə əldə etdikləri müəyyənləşib. Qanunsuz maddələrin H.Quliyevin vasitəçiliyi ilə bir İran vətəndaşından alındığı məlum olub.

Hazırda faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.