Günahkarlar" (Sinners) filmindəki roluna görə "Ən yaxşı ikinci plan aktrisası" nominasiyasında "Oskar"a ilk dəfə namizəd olan Vunmi Mosaku bu uğurunu qeyd etməyin "distopik" hiss olduğunu bildirib. O, sevincini yaşaya bilməməsinin səbəbini ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentləri tərəfindən törədilən son qətllərlə əlaqələndirib.


Postxronika.az xəbər verir ki, sənətçi belə ağır hadisələrin fonunda əylənməyin mümkünsüzlüyünü vurğulayıb. Aktrisa insanların bu cür faciələrə verdiyi reaksiyanın onu təəccübləndirdiyini və baş verənlərin qətiyyən normal olmadığını qeyd edib. Xatırladaq ki, Vunmidən əvvəl Billi Ayliş, "Bad Bunny" və Brüs Sprinqstin kimi bir sıra digər ulduzlar da sözügedən qurumun sərt siyasətinə qarşı etiraz səslərini ucaldıblar.