"Mançester Yunayted"in əfsanəvi futbolçusu Ueyn Runi "qırmızı şeytanlar"ın hazırkı baş məşqçisi Maykl Kerrikin vəzifəsində qalmalı olduğunu bildirib.
Postxronika.az xəbər verir ki, ESPN-ə danışan sabiq hücumçu klubun əvvəlki illərdə Mourinyo, ten Haq və Amorim kimi mütəxəssisləri sınadığını xatırladıb. Veteran oyunçu keçmiş komanda yoldaşının kollektivi sakitləşdirdiyini və kənardan gələn əcnəbi məşqçilərdən fərqli olaraq, kluba doğma münasibət bəslədiyini vurğulayıb. Onun sözlərinə görə, uzaqdan gələn namizədləri axtarmaqdansa, infrastrukturu bərpa edən və komandanı tanıyan insana güvənmək daha məntiqlidir. Runi əminliklə qeyd edib ki, Kerrik növbəti iki-üç il ərzində klubun gələcək uğurları üçün sağlam təməl formalaşdıra bilər.