Ukrayna lideri Volodimir Zelenski ABŞ və Rusiya ilə aparılan danışıqları gərgin qiymətləndirərək qarşı tərəfi prosesi süni şəkildə ləngitməkdə günahlandırıb.
Postxronika.az xəbər verir ki, prezident sosial şəbəkə hesabında dünən baş tutan ikitərəfli və çoxtərəfli görüşlərin təfərrüatlarını açıqlayıb. Məlumatda Ukrayna nümayəndə heyətinin amerikalı tərəfdaşları ilə yanaşı, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və İsveçrə rəsmiləri ilə də müzakirələr apardığı qeyd olunub. Zelenski Avropanın bu prosesdə iştirakını mümkün razılaşmaların uğuru üçün vacib amil kimi xarakterizə edib. O, Moskvanın artıq son mərhələyə çatan danışıqları uzatmağa cəhd etdiyini xüsusi vurğulayıb. Sonda dövlət başçısı nümayiş etdirdikləri səbir və detallara həssas yanaşdıqlarına görə ABŞ tərəfinə minnətdarlığını bildirib.