"Benfika"nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının pley-off mərhələsində "Real"a qarşı keçirilən ilk oyundakı məğlubiyyəti şərh edib. Təcrübəli mütəxəssis rəqib komandanın cinah oyunçusu Vinisius Juniorun vurduğu qələbə qoluna heyranlığını gizlətməyib.
Postxronika.az xəbər verir ki, portuqaliyalı məşqçi "Marca" nəşrinə açıqlamasında belə bir qolu yalnız Neymar və ya Mbappe səviyyəsindəki ulduzların vura biləcəyini vurğulayıb. Xatırladaq ki, matçın 50-ci dəqiqəsində Kilian Mbappenin ötürməsindən sonra fərqlənən braziliyalı futbolçu Madrid təmsilçisinə 1:0 hesablı qələbə qazandırıb. Komandalar arasında cavab qarşılaşması fevralın 25-də baş tutacaq.