Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) icraçı direktoru və digər rəhbər şəxsləri ilə bir araya gəlib.
Postxronika.az APA-ya istinadən xəbər verir ki, görüşdə tərəflər arasında əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.
Görüş zamanı ABŞ-də fəaliyyət göstərilən yəhudi təşkilatları ilə Azərbaycan arasındakı ənənəvi əlaqələrin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu cür dialoqlar həm Azərbaycan-ABŞ, həm də Azərbaycan-İsrail münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
AIPAC təmsilçiləri Azərbaycandakı tolerantlıq mühitini və yəhudi icmasına göstərilən diqqəti yüksək qiymətləndirdiklərini bildiriblər. Söhbət əsnasında qarşılıqlı maraq doğuran bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.