Ramazanda iftar və imsak vaxtlarında  düzgün maye qəbuluna xüsusi diqqət etmək lazımdır.

Postxronika.az "Sabah" a istinadən xəbər verir ki, Türkiyəli uzman dietoloq  Zeynəb Yaşar bildirib ki, gündəlik su ehtiyacı hər kiloqram çəkiyə görə 30–35 millilitrdir (təxminən 1,5–2 litr) və çayla qəhvə suyun yerini vermir. 

O xüsusilə Ramazanda gündəlik maye qəbuluyla bağlı bəzi tövsiyyələr edib:

“Normal şəraitdə 5–6 fincandan artıq çay və qəhvə istehlakını məsləhət görmürük. İçdiyimiz hər fincan üçün əlavə olaraq həmin fincan qədər su içmək lazımdır. Amma bunu suyu məhz su kimi içməliyik. "Mən su əvəzinə çay içdim, qəhvə içdim"  kimi fikirlər doğru deyil. Su birbaşa su kimi qəbul edilməlidir. Qazlı içkilərə gəlincə isə, onsuz da normal halda da tövsiyə etmirik. Ramazanda mədə uzun müddət boş qaldığı üçün mədədə gərginlik və ya qəfil yemək yeyəndə həzm problemləri daha çox müşahidə olunur. Bunun üstünə qazlı içki də qəbul etsək, bu problemlər daha da arta bilər. Buna görə qazlı içkiləri qətiyyən tövsiyə etmirik.”

Yaşar əlavə edib ki, bunların əvəzinə razyana (rezene), çobanyastığı çayı kimi daha sakitləşdirici və həzm sisteminə faydalı çaylar qəbul etmək olar. Lakin onların da 1–2 fincandan artıq olmaması tövsiyə edilir.