Fevralın 18-də respublika boyu 81 yeni cinayət hadisəsinin, habelə keçmiş dövrlərdən açılmamış qalan 12 faktın üstü açılıb.

Postxronika.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına əsasən xəbər verir ki, müxtəlif əsaslarla axtarışda olan cəmi 123 nəfər, o cümlədən 84 borclu şəxs tutularaq müvafiq qurumlara təslim edilib.

Gün ərzində narkotik vasitələrlə bağlı 54, qanunsuz silah-sursatın dövriyyəsi ilə əlaqədar isə 15 fakt qeydə alınıb.

​Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində müxtəlif cinayətləri törətməkdə şübhəli bilinən daha 100 nəfər saxlanılıb.

Hazırda aşkar edilmiş bütün faktlar üzrə istintaq və araşdırma tədbirləri davam etdirilir.