Tramp administrasiyası Qəzzada hərbi baza tikməyi planlaşdırır.

Postxronika.az "The Guardian"a istinadən xəbər verir ki, qərar "Sülh Şurası"na əsasan həyata keçiriləcək.

Hərbi baza 140 hektardan çox ərazini əhata edəcək.

Bura Beynəlxalq Stabilləşdirmə Qüvvələri üçün hərbi əməliyyat bazası kimi nəzərdə tutulacaq.

Qeyd edək ki, "Sülh Şurası" 2026-cı ilin yanvar ayında Qəzza zolağındakı münaqişələri nizamlamaq üçün yaradılıb. Azərbaycan Respublikası da bu qurumun üzvüdür.