Polşanın Baş naziri Donald Tusk öz vətəndaşlarına müraciət edərək aktiv müharibə ehtimalının yüksək olduğunu bildirib və İranı dərhal tərk etməyə çağırıb. Hökumət rəhbəri heç bir halda bu ölkəyə səfər edilməməsi barədə ciddi xəbərdarlıq edib.

Postxronika.az xəbər verir ki, mətbuat konfransında çıxış edən Tusk silahlı toqquşmaların yaxın saatlar ərzində alovlana biləcəyini və belə bir ssenaridə təxliyənin qeyri-mümkün olacağını vurğulayıb. Nazirlər Kabinetinin sədri əvvəlki çağırışlara məhəl qoyulmaması ilə bağlı acı təcrübələri xatırladaraq, təhlükəsizlik məsələsinə olduqca həssas yanaşmağı tələb edib. O qeyd edib ki, qızğın münaqişə başlasa, heç bir qurum insanların oradan təhlükəsiz şəkildə çıxışına zəmanət verə bilməyəcək.