İtaliya A Seriyasının 24-cü turu çərçivəsində baş tutan "Milan" - "Komo" qarşılaşmasından sonra baş məşqçilər Massimiliano Alleqri və Sesk Fabreqas arasında gərginlik yaşanıb.
Postxronika.az xəbər verir ki, "Football Italia" nəşrinin məlumatına görə, insidentə ispan mütəxəssisin oyun zamanı rəqib hücumçu Aleksis Saelemaekersi yan xəttə itələməsi səbəb olub.
Bu hərəkət "rossoneri"lərin çalışdırıcısını özündən çıxarıb. O, texniki zonanı tərk etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılıb.
Tərəflər arasındakı mübahisə matçdan dərhal sonra mətbuat konfransına yollanarkən də davam edib.
Qeyd edək ki, hazırkı turnir cədvəlinə əsasən, 54 xala malik Milan təmsilçisi lider "İnter"dən yeddi xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
Rəqib komanda isə 42 xal toplayaraq altıncı yerdə mövqeyini qoruyur.