Naxçıvan Muxtar Respublikasında dövlət vəsaitlərinin idarə olunmasında aşkar edilmiş ciddi qanun pozuntuları ilə bağlı növbəti həbs baş tutub. 

Postxronika.az xəbər verir ki, təxminən 5 milyon manatlıq büdcə vəsaitini mənimsəməkdə şübhəli bilinən keçmiş yüksək rütbəli məmur hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İlkin təhqiqat məlumatlarına görə, sözügedən şəxs xidməti vəzifəsindən sui-istifadə edərək dövlət sifarişləri və layihələri üçün ayrılan pulları müxtəlif sxemlərlə şəxsi mənfəəti üçün istifadə edib. Məhkəmənin qərarı ilə onun barəsində istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib. Hazırda hüquq-mühafizə orqanları yeyintinin miqyasını və hadisə ilə əlaqəli ola biləcək digər şəxsləri müəyyən etmək üçün araşdırmaları davam etdirir.