Londonun "Arsenal" klubunun yarımmüdafiəçisi Bukayo Saka komandadakı gələcək planları barədə iddialı açıqlamalar verib. İngilis futbolçu yaxın illərdə bütün mümkün titulları qazanaraq əsas hədəflərinə çatacaqlarına inandığını vurğulayıb.
Postxronika.az xəbər verir ki, bu yaxınlarda paytaxt təmsilçisi ilə müqaviləsini 2031-ci ilə qədər uzadan istedadlı oyunçu cari mövsümdə çıxış etdiyi 34 matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalının 130 milyon avro dəyərində qiymətləndirdiyi cinah oyunçusunun təmsil etdiyi kollektiv hazırda 58 xalla Premyer Liqaya rəhbərlik edir. Turnir cədvəlində "topçular"ın ən yaxın təqibçisi olan "Mançester Siti" isə ehtiyatda bir matçı olmaqla onlardan cəmi beş xal geri qalır.