"Vulverhempton" klubunun qapıçısı Xose Sa İngiltərə Premyer Liqasının cari mövsümündə komandasının düşdüyü acınacaqlı vəziyyət barədə bədbin etiraflar edib. Təcrübəli qolkiper yalnız böyük bir möcüzənin onları xilas edə biləcəyini və hazırkı əsas hədəflərinin turnir tarixinin ən bərbad kollektivi adından qurtulmaq olduğunu vurğulayıb.

Postxronika.az xəbər verir ki, geridə qalan 26 matçdan sonra aktivində cəmi 10 xal olan komanda yarış cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb. Xatırladaq ki, bu günə qədər Premyer Liqada ən az xal toplamaqla bağlı mənfi rekord 2007/2008 mövsümünü 11 xalla başa vuran "Derbi Kaunti"yə məxsusdur.