"Qolden Steyt Uorriorz" komandasının lideri Stiven Karri sağ dizindəki ağrılar səbəbindən növbəti tibbi yoxlamadan keçib. Maqnit-rezonans tomoqrafiyası (MRT) basketbolçunun zədəsini təsdiqləsə də, hər hansı ciddi struktur problemi aşkar etməyib. Ulduz oyunçunun təkrar müayinəsi yaxın 10 gün ərzində baş tutacaq.

Postxronika.az xəbər verir ki, əvvəlcə idmançının məhz bu gün meydana qayıtması gözlənilirdi. Xatırladaq ki, elmdə patellofemoral ağrı sindromu adlanan xəstəlikdən əziyyət çəkən Karrinin zədəsi bir neçə həftə öncə fərdi hazırlıq prosesində daha da ağırlaşmışdı. Ağrılara rəğmən oynamağa çalışan oyunçu "Detroyt Pistons"la görüşü yarımçıq tərk edərək ardıcıl bir neçə qarşılaşmanı buraxmaq məcburiyyətində qalmışdı.