Xətai Rayon Polis İdarəsinin əməkdaşları qanunsuz dövriyyəyə qarşı uğurlu tədbir həyata keçirərək əvvəllər məhkum olunmuş 45 yaşlı Azər Abdurəhmanov, 33 yaşlı Turan Yusibov və 32 yaşlı Nuran Faiqoğlunu saxlayıblar. Əməliyyat nəticəsində həmin şəxslərdən ümumilikdə 24 kiloqram 500 qram marixuana və 1000 ədəd psixotrop tərkibli metadon həbi müsadirə edilib.

Postxronika.az xəbər verir ki, təqsirləndirilən şəxslər qadağan olunmuş maddələri paytaxt ərazisində satmaq məqsədilə sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından əldə etdiklərini etiraf ediblər. Hazırda qeydə alınan faktla bağlı cinayət işi başlanılıb və müvafiq araşdırmalar davam etdirilir.