Paytaxtın Səbail rayonunda yerləşən ictimai iaşə obyektlərinin birində baş verən oğurluq hadisəsi ilə bağlı 47 yaşlı S.Abbasova saxlanılıb. Zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək nahar zamanı 5000 manat dəyərində zinət əşyalarının yoxa çıxdığını bildirib.
Postxronika.az xəbər verir ki, aparılan tədbirlər nəticəsində cinayəti törədən şəxsin elə şikayətçinin rəfiqəsi olduğu üzə çıxıb. Belə ki, S.Abbasova tanışının diqqətini yayındıraraq qızılları onun çantasından götürüb və şübhələri özündən uzaqlaşdırmaq məqsədilə dərhal "102" xidmətinə zəng edərək guya elə həmin məkanda özünün də 300 dollarının oğurlandığı barədə polisə yalan məlumat verib. Qadın ələ keçirdiyi dəyərli əşyaları sonradan zərgərlik mağazalarından birinə satıb.
Hazırda qeydə alınan fakt üzrə müvafiq araşdırmalar davam etdirilir.