Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son günlərdə beynəlxalq səviyyədə yüksək diqqət mərkəzində olub.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində həyata keçirilmiş səfər və ardınca ABŞ-yə rəsmi səfər göstərdi ki, Azərbaycan dövləti və onun rəhbərliyi beynəlxalq aləmdə etibarlı və hörmətli tərəfdaş kimi qiymətləndirilir.
Münxen səfərində Cənab Prezident region təhlükəsizliyi, enerji əməkdaşlığı və beynəlxalq münasibətlər mövzularında aparıcı dünya liderləri ilə məhsuldar görüşlər keçirdi. Bu görüşlərdə Azərbaycan tərəfi həm regional, həm də qlobal əməkdaşlığın inkişafına verdiyi töhfələri bir daha təsdiqlədi.
ABŞ səfəri zamanı isə ölkə başçısı yüksək dövlət səviyyəsində qarşılandı. ABŞ rəhbərliyi ilə aparılan danışıqlarda strateji əməkdaşlıq məsələləri, enerji təhlükəsizliyi və regional stabillik mövzular diqqət mərkəzində oldu. Dövlət başçısına göstərilən hörmət və diqqət Azərbaycan dövlətçiliyinin gücünü və beynəlxalq nüfuzunu bir daha ortaya qoydu.
Təəssüf ki, bəzi qüvvələr, ABŞ səfəri çərçivəsində dövlət başçısına qarşı təhlükə yaratmağa cəhd etmişlər. Bu cəhdlər dövlətçiliyimizə zərbə vurmaq məqsədini güdür və Azərbaycan xalqının birliyi, Prezidentin beynəlxalq nüfuzu ilə müqayisədə tamamilə məğlubiyyətə məhkumdur. Belə halların qarşısının alınması üçün dövlət qurumları tərəfindən ciddi tədbirlər görülmüş və təhlükəsizlik tam təmin edilmişdir.
Prezidentin bu səfərləri bir daha göstərdi ki, Azərbaycan beynəlxalq aləmdə etibarlı, hörmətli və strateji tərəfdaşdır. Dövlət başçısına göstərilən yüksək diqqət həm ölkəmizin prestijini artırır, həm də gələcək əməkdaşlıq perspektivlərini daha da möhkəmləndirir.
Elmir Heydərli