Oruc tutmaq istəyənlər mütləq öz sağlamlıqlarını diqqətə almalıdırlar. Xüsusilə yaşlı insanlar oruc tutmaq barədə öz sağlamlıq problemlərini nəzərdən keçirlməli, mütəxəssislə məsləhətləşməlidir.

Postxronika.az xəbər verir ki, daxili xəstəliklər və geriatriya üzrə Türkiyəli mütəxəssis, professor Sevgi Aras yaşlanma ilə bağlı fizioloji dəyişikliklərin Ramazan ayında daha yaxından izlənməli olduğunu bildirib:

"Oruc tutmaq qərarı mütləq şəkildə insanın fərdi sağlamlıq vəziyyətinə uyğun olaraq dəyərləndirilməlidir.
Bu proses həkim nəzarətində və şüurlu şəkildə idarə olunmalıdır.
Yaşlılıq dövründə ağız quruluğu, görmə və qoxu alma problemləri kimi hallar daha tez-tez müşahidə oluna bilər. Orqanizmin suya olan ehtiyacı davam etsə də, su içmək istəyi azala bilər"-deyə Sevgi Yaşar qeyd edib. 

Mənbə:"Sabah"