İsrail ordusu Livanın şərqində, Beka vadisi ərazisində "Hizbullah" hərəkatına məxsus mühüm komanda mərkəzinə hava zərbəsi endirib. 

Postxronika.az xəbər verir ki, hərbi hava qüvvələrinin hədəf aldığı bu nöqtə qruplaşmanın əməliyyatlarının idarə olunmasında əsas baza rolunu oynayırmış. Hücum nəticəsində mərkəzə ciddi ziyan dəydiyi və hədəfin məhv edildiyi bildirilir. İsrail tərəfi bu addımı bölgədəki hərbi gərginliyin artması və təhlükəsizlik təhdidlərinə cavab olaraq atdığını bəyan edib. Hazırda Livanın cənub və şərq bölgələrində vəziyyət gərgin olaraq qalır, qarşılıqlı atəş səsləri eşidilməkdədir.