Müqəddəs Ramazan ayının üçüncü günüdür.


Postxronika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sabah üçün imsak vaxtı saat 06:01-ə, iftar vaxtı isə 18:37-yə təyin olunub.

Təqvimə uyğun olaraq üçüncü günün və iftarın dualarını təqdim edirik:

Üçüncü günün imsak duası:

"Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin".

Tərcüməsi:

"İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!"